featured-image-35806

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.

İlk oyunda uduzan Nicata cavab oyununda mütləq qələbə lazım idi. Ağ fiqurlarla mübarizə aparan Nicat Abasov Maqnus Karlsenlə heç-heçə oynayıb. Ümumi nəticə 0,5-1,5 hesabı ilə uduzan Nicat avqustun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq. Karlsen isə finala yüksəlib.

Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.

Bənzər xəbərlər