Nicat Abasovdan növbəti heç-heçə
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.
Msport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster IX turda ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə ilə gəlib.
Qarşılaşma heç-heçə yekunlaşıb – 0,5:0,5. Abasov hazırda 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.