Nicat Abasovdan “sülh”
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində davam edən İddiaçılar Turnirində növbəti görüşünü keçirib.
Msport.az xəbər verir ki, qara fiqurlarla oynayan 28 yaşlı qrossmeyster VIII turda FIDE-ni təmsil edən rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib.
Qarşılaşma heç-heçə başa çatıb.
Qeyd edək ki, N.Abasovla Yan Nepomnyaşi arasında I tura təsadüf edən görüş də heç-heçə yekunlaşmışdı – 0,5:0,5. Azərbaycan təmsilçisi hazırda 2.5 xalla sonuncu – səkkizinci sırada qərarlaşıb.