featured-image-46270

Kanadanın Toronto şəhərində şahmat üzrə Namizədlər Turnirinin III turunun görüşləri keçirilib.

Msport.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Nicat Abasov bu dəfə də heç-heçə edib.

Ağ fiqurlarla oynayan qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə xalları yarı bölüb.

Şahmatçımız ilk turda rusiyalı Yan Nepomnyaşşi ilə bərabərə qalıb, sonrakı görüşfə isə ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub.

Qeyd edək ki, yarış aprelin 22-dək davam edəcək. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci yeri tutan iti zəka sahibi hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək. Turnirin ümumi mükafat fondu 500 min avro təşkil edir. Qalib 48 min avro qazanacaq.

Bənzər xəbərlər