Niko Uilyams üçün 80 milyon
“Çelsi” İspaniya millisinin futbolçusu Niko Uilyams üçün 80 milyon avro ödəməyə hazırdır.
Msport.az xəbər verir ki, “zadəganlar” hələlik 24 yaşlı viger üçün “Atletik”ə rəsmi təklif göndərməyib.
London klubu daha əvvəl də bu oyunçunu heyətinə qatmağı nəzərdən keçirib.
Qeyd edək ki, Niko Uilyamsın hazırkı klubu ilə müqaviləsinin müddəti 2035-ci ilin yayınadək qüvvədədir.







