featured-image-4422

Millimizin və Zaqreb “Dinamo”sunun üzvü Mahir Emreli “Başakşehir”dən təklif almasından və niyə məhz Xorvatiya klubunu seçməsindən danışıb.

Msport.az xəbər verir ki, hücumçu çətin dönəmdən keçdiyi bildirib:

“Həmin vaxt bütün danışıqları menecerim aparırdı. Düzü, çərin dönəm oldu mənim üçün. Həmin vaxt hətta futbolsuz da qala bilərdim. “Dinamo”dan təklif gələndə həm ailə üzvlərim, həm də futbolda mənə məsləhət verən insanlarla danışdım. Hamının demək olar münasibəti eyni oldu ki, yaxşı variantdır, Xorvatiyaya getsən yaxşı olar. “Legiya” ilə danışıqlar prossesi çox uzandı, hətta son saniyələrə kimi inanmırdım ki, müqaviləyə imza ata biləcəm. “Dinamo”nun düşərgəsində olanda anladım ki, nə qədər böyük kluba getmişəm. Düzü, digər klublardan da təkliflər var idi.

Niyə “Başakşehir”i seçmədim? Məndə yaxşı mənada eqoizm var. Bəlkə də bu, uzun müddət “Qarabağ”da oynamaqdan irəli gəlir. Hər il çempionluq, titullar, Çempionlar Liqasında, Avropa Liqasında qruplarda oynamaq – belə bir vərdiş yaranıb. “Dinamo” da belədir. Qarşısına ciddi məqsədlər, hədəflər qoyan klubdur. Hər il ya Çempionlar Liqasında, ya Avroliqada qrupda çıxış edirlər. Çox vaxt qrupdan çıxırlar. “Dinamo” ildən-ilə daha da iddialı olur. Klub nə qədər iddialı olsa, futbolçu da bir o qədər inkişaf edər, öz üzərində daha çox işləyər. Bu səbəbdən Zaqreb klubuna üstünlük verdim.

Yerli klublardan təklif yox idi. Düzü, heç ağlımdan da keçmədi. (CBC Sport)

Bənzər xəbərlər