Norveç millisinin qapıçısı “Mançester Siti”nin hədəfində
2026-cı il dünya çempionatında Norveç millisinin qapıçısı Eryan Nuland “Mançester Siti”yə keçə bilər.
Msport.az xəbər verir ki, “Siti”nin yeni baş məşqçisi Entso Mareska 35 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.
“Lids” və daha üç ingilis klubu da Nulandla maraqlanır. Norveçlinin “Siti”yə keçidi baş tutarsa, qapıçı milli komandadakı komanda yoldaşı Erlinq Holandla yenidən birləşəcək.
“Siti”nin təcrübəli qapıçıları var – Canluici Donnarumma, Ceyms Trafford və Markus Bettinelli, lakin Mareska bu mövqeyi gücləndirməli ola bilər, çünki Trafford “Nyukasl”ın hədəfindədir. Nuland bu yay “Sevilya”dan ayrılaraq azad agent olub.







