Norveçin bir neçə futbolçusu İngiltərə ilə oyundan öncə xəstələnib
Norveç millisinin bir neçə futbolçusu İngiltərə ilə DÇ-2026-nın 1/4 final oyunundan öncə zədələniblər.
Msport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stole Solbakken mətbuat konfransında məlumat verib.
“Bizdə yalnız Yeqenin qızdırması var. Bəzi oyunçularda isə öskürək və xışıltı oldu. Bunun səbəbi kondinsionerlər, uçuşlar, soyunub-geyinmə otaqları və digər amillərdir.
Bizim heyət 50 nəfərdən çoxdur, odur ki, kimsə xəstələnməsə, təəccüblü olardı”.
Norveç və İngiltərə arasında 1/4 final oyunu iyulun 12-də keçiriləcək.







