featured-image-79738

Braziliya millisinin yarımmüdafiəçisi Lukas Paketa zədə səbəbindən DÇ-2026-nın 1/8 final oyununu buraxacaq.

Msport.az xəbər verir ki, Yaponiya üzərində 2:1 hesablı qələbə ilə başa çatan 1/16 final matçında budun arxa nahiyəsində ağrı hiss edən futbolçu ilk hissəni başa vursa da, fasilədə əvəzlənib.

Braziliya Futbol Federasiyasının məlumatına görə, tibbi müayinə nəticəsində futbolçunun sol budunun arxa əzələsində zədə olduğu təsdiqlənib.

Paketa bu zədə səbəbindən dünya çempionatının 1/8 final mərhələsində komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Braziliya 1/8 finalda Norveçlə qarşılaşacaq.

Bənzər xəbərlər