“Nottingem”in futbolçusu komadan ayıldı
“Nottingem”in hücumçusu Tayvo Avoniyi komadan çıxıb.
Mport.az xəbər verir ki, qarın nahiyəsindən aldığı zədəyə görə vəziyyəti pisləşən nigeriyalı futbolçu əməliyyatdan sonra komadan ayılıb.
Qeyd edək ki, 27 yaşlı forvard mayın 11-də Premyer Liqanın 36-cı turunun “Lester”lə oyununda (2:2) qapı dirəyinə dəyərək zədələnib. Bağırsağı partlayan hücumçu iki mərhələdə cərrahiyyə əməliyyatı keçirib.
Hətta həkimlər belə xəsarətlərin ölümə səbəb ola biləcəyini də açıqlamışdı.
Qeyd edək ki, Avoniyi bu mövsüm bütün yarışlarda 32 matçda 2 qol vurub.