featured-image-12392

Novruz Əzimov “Dinamo – Avto” klubu ilə ilk məşqə çıxıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə bağlanıb. O, komanda üzvləri ilə artıq tanış olub. Rəsmi olaraq isə fəaliyyətə bütün sənədlər hazır olandan sonra başlayacaq.

Qeyd edək ki, Tiraspol klubunun idman direktoru həmyerlimiz Rəsul Allahverdiyevdir (Şükürsoy). O, klubun saytına açıqlamasında yeni məşqçi təyinatı barədə danışıb:

“Uzun müddətli danışıqlardan sonra təcrübəli mütəxəssis Novruz Əzimovla müqavilə bağladığımızı açıqlamağa şadıq. Bizim proektin özəlliyini nəzərə alsaq, çoxlu nüanslar var idi, lakin hesab edirik ki, tapdığımız məşqçi uğur qazanmağımıza kömək edəcək. Biz perespektivə işləyirik. İndi Moldova liqasında təcrübə yığırıq. Biz mərhələ-mərhələ inkişaf etmək istəyirik və əminik ki, uğur qazanacağıq”.

Qeyd edək ki, “Dinamo -Avto” bu mövsüm Moldova çempionatında 6 oyunda 2 heçə-heçə edib, dörd görüşdə məğlub olub. Amma komandanın xalı -4-dür. Bu isə onunla bağlıdır ki, Moldova Futbol Federasiyası ötən mövsüm futbolçuların oyunları manipulyasiya etməsi ilə bağlı klubu cəzalandırmışdı və hesabından 6 xal silmişdi. Ötən mövsümdən klubun bütün idarə heyəti, futbolçuları dəyişdirilib. Yeni şəxslər gəlib və apellyasiya verilib.

Pro kateqoriyasına malik olan Novruz Əzimov 2012-ci ildə “Bakı” klubuna Azərbaycan kubokunu qazandırıb.

Əzimovun “Dinamo-Avto”nun baş məşqçisi təyin olunması barədə xəbəri ik olaraq msport.az saytı vermişdi.

media-WhatsApp Image 2022-09-09 at 12.17.04

media-WhatsApp Image 2022-09-09 at 12.17.14

media-WhatsApp Image 2022-09-09 at 12.17.08

Bənzər xəbərlər