Nunyes İngiltərəyə qayıdır – 3 müştərisi var
Premyer Liqa klubları Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Darvin Nunyeslə maraqlanır.
Msport.az xəbər verir ki, Nunyes cəmi bir il əvvəl 56,3 milyon funt-sterlinq qarşılığında “Liverpul”dan “Əl-Hilal”a transfer olunub.
Kərim Benzemanın transferindən sonra “Əl-Hilal” Nunyesi daxili çempionat üçün olan sifariş vərəqəsindən çıxarmaq məcburiyyətində qalıb. Bu səbəbdən 26 yaşlı uruqvaylı forvardın qarşıdakı yayda klubunu dəyişəcəyi gözlənilir.
İngiltərə çempionatında zəngin təcrübəyə malik Nunyes yenidən Premyer Liqaya qayıtmağa üstünlük verir. Hazırda futbolçu ilə “Çelsi”, “Nyukasl” və “Tottenhem”in yaxından maraqlandığı bildirilir.







