featured-image-65377

“Liverpul”un hücumçusu Darvin Nunyes “Atletiko”ya keçmək istəyir.

Msport.az xəbər verir ki, uruqvaylı futbolçu Madrid komandasını çalışdıran baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında özünün ən yaxşı formasını bərpa edə biləcəyinə inanır.

İspaniya klubu isə 24 yaşlı forvardı məcburi satınalma şərti ilə icarəyə götürmək niyyətindədir.

Bu mövsüm Nunyes bütün turnirlərdə 46 oyuna çıxıb, 7 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bənzər xəbərlər