Nurlan Novruzovun yeni klubu məlum oldu - RƏSMİ
Təcrübəli hücumçu Nurlan Novruzov növbəti mövsümü Azərbaycanın II Liqasında keçirəcək.
Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu “Ağstafa Gəncləri” ilə 1 illik müqavilə imzalayıb.
Karyerasına “Bakı” klubunda başlayıb burda tanınan forvard ölkə daxilində “Sumqayıt”, “Zirə”, “Səbail”, “Xankəndi”, “Sheki City” və “ ASTA Mingəçevir” klublarında çıxış edib.
O, legioner həyatı ərzində Türkiyə, Moldova, Estoniya, Litva və Nepal çempionatlarında forma geyinib.







