“Nyukasl” “Ayaks”ın 18 yaşlı istedadını transfer etdi
“Nyukasl” “Ayaks”ın 18 yaşlı yarımmüdafiəçisi Şon Steyri transfer edib.
Msport.az xəbər verir ki, niderlandlı futbolçu 5 illik müqaviləyə imza atıb.
Steyr yeni komandasında 14 nömrəli formada çıxış edəcək. O, “Nyukasl”ın bu yay 4-cü transferi olub. “Sağsağanlar” buna qədər fransalı qapıçı Even Jauen, Fil Dişi sahilindən vinger Bazuman Ture və italiyalı yarımmüdafiəçi Sandro Tonalini heyətinə qatıb.







