featured-image-39085

“Onun keyfiyyəti budur. Hər zaman irəli getməyi sevir”.

Msport.az xəbər verir ki, bunu Almaniyanın “Bayer” klubunun idman direktoru Simon Rolfes Florian Virtsin Bundesliqanın son turunda “Ştutqart”ın qapısına vurduğu baxımlı qol barədə daanışarkən deyib.

O, 20 yaşlı yarımmüdafiəçinin UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la maçtda (5:1) da eyni performansı sərgilədiyini bildirib:

“Mənim xoşuma gələn şey də məhz bu oldu. O, “Qarabağ”a qarşı da əla oynadı. Bu vəziyyətlərdə daha çox hədəfə doğru hərəkəti etməyi xoşlayır. Son oyunda da bunu parlaq şəkildə etdi. Kiçik bir boşluq tapdı və dərhal fərqləndi”.

Qeyd edək ki, “Bayer” öz meydanında “Frayburq”a 2:1 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər