Obameyanq yenidən İngiltərəyə qayıtdı
Pyer-Emerik Obameyanq “transfer pəncərəsi”nin son günündə “Çelsi”yə keçib.
Msport.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, qabonlu forvard ilə 2 illik müqavilə imzalanıb.
“Çelsi” 33 yaşlı hücumçu üçün “Barselona”ya 12 milyon avro ödəyib.
Obameyanq daha əvvəl İngiltərədə “Çelsi”nin əzəli rəqibi olan “Arsenal”da çıxış edib.
Forvard “Barselona” ilə 23 oyunda 12 qola imza atıb.







