Oduva: Azərbaycandakı 12-ci, "Turan Tovuz"dakı 1-ci oyununda qol
“Turan Tovuz” 9 ildən sonra qayıtdığı Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazandı. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə “Səbail” üzərində minimal hesablı qələbəyə sevindi – 1:0. Qonaqların yeganə qolunu oyunun 47-ci dəqiqəsində Natan Oduva vurdu.
“Tottenhem”in yetirməsi ötən mövsüm “Şamaxı”nın formasını geysə də, bu komandada fərqlənə bilməmişdi.
Msport.az xəbər verir ki, 26 yaşlı forvard 2021-2022 mövsümündə çempionatda 11 oyunda meydana çıxsa da, rəqib qapılarına yol tapa bilməmişdi. Halbuki Oduva “Turan Tovuz”da ilk rəsmi matçında qol hesabını açdı.
Xatırladaq ki, ingiltərəli futbolçu xəstə olduğundan 1-ci turda “Qəbələ”yə qarşı oynaya bilməmişdi.