Olimpiya çempionlarımız ilin ilk beynəlxalq toplanışında
Azərbaycanın cüdo üzrə milli komandası Avstriyanın Mittersil şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Azərbaycan Cüdo Federasiyasından Msport.az-a verilən məlumata görə, beynəlxalq toplanışda 30 azərbaycanlı cüdoçu, o cümlədən Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev iştirak edirlər. Avropa Cüdo Birliyi tərəfindən təşkil olunan bu təlim-məşq toplanışı yeni mövsümə hazırlığın əsas mərhələsi hesab olunur.
Yanvarın 15-dək davam edəcək hazırlıq prosesində ümumilikdə 44 ölkədən 848 idmançı iştirak edir.