featured-image-55909

“Hələlik yarışlara nə vaxt qatılacağımı bilmirəm, amma mütləq geri dönəcəm”.

Msport.az xəbər verir ki, bunu Olimpiya çempionu Hidayət Heydərov (73 kq) deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində Beynəlxalq Cüdo Federasiyasına (İJF) müsahibə verib. Hidayət bərpa prosesi keçdiyini bildirib: “Aylarla davam edən məşqlər və yarışlardan sonra bərpa keçmək lazımdır. 2024-cü ildə baş verənləri arxada qoymaq lazımdır. Küçəyə çıxa bilmirəm ki, məni tanısınlar. Hamı şəkil çəkdirmək və imza almaq istəyir. Bu çox həyəcan verir, amma öhdəsindəh gəlmək də çətindir. Sözsüz ki, bu.ş məni sevindirir. Ətrafımda yaxşı insanlar var. Federasiya və Elnur Məmmədlidən böyük dəstək alıram”.

Qeyd edək ki, Hidayət 2024-cü ildə Olimpiya çempionu titulu ilə yanaşı dünya və Avropa çempionatlarının qalibi olub.

Bənzər xəbərlər