Ölkə birinciliyi keçiriləcək
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək.
ACF-dən Msport.az-a verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 800-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Birinciliyin fərdi yarışları yanvarın 9-11-də, komanda yarışları isə yanvarın 12-də təşkil olunacaq.