Omar Marmuş “Mançester Siti”ni tərk edə bilər
“Mançester Siti”nin hücumçusu Omar Marmuş bu ay komandadan ayrıla bilər.
Msport.az xəbər verir ki, “Tottenhem” misirli forvardı transfer etmək istəyir və danışıqlar artıq irəliləyib.
Marmuş özü də bu ay “şəhərlilərdən”dən getməyə hazırdır. 26 yaşlı futbolçu 2025-ci ilin yanvarında “Ayntraxt”dan “Mançester Siti”yə 75 milyon avroya transfer olunub və onun müqaviləsinin müddəti 30 iyun 2029-cu ilə kimidir.
Marmuş cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.







