“Omoniya” “Qəbələ” qarşısına yeni hücumçu ilə çıxacaq
“Qəbələ”nin UEFA Konfrans Liqasındakı rəqibi “Omoniya” heyətini gücləndirir. Msport.az xəbər verir ki, Kipr klubu yeni hücumçu transfer edib.
Nikosiya təmsilçisi Serbiya millisinin üzvü Velijko Simiçlə müqavilə bağlayıb.
“Voyvodina”dan gələn hücumçu ilə 2 illik müqavilə imazalanıb.
Baş məşqçi Sofronis Avqusti Simiçin “Qəbələ” ilə ilk oyuna hazır olacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, “Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə avqustun 3-də səfərdə keçirəcək.







