"Ortada böyük fikir ayrılığı var idi" - Cavid Hüseynov
“Mənə göstərilən etimada görə “Şamaxı” rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.
Bunu Msport.az saytına açıqlamasında “Şamaxı”dan ayrılan Cavid Hüseynov deyib.
35 yaşlı mütəxəssis bir il ərzində gənc və yerli futbolçulardan ibarət komanda formalaşdıraraq Azərbaycan futboluna töhfə veriblər: “Düzdür, Premyer Liqanı tərk edirik, amma yaddaşlarda bir komanda qaldı. Həmin uşaqların bir neçəsinə Premyer Liqamızda ilk “üçlük”də olan klublardan təklif var. Bu da bizim nə qədər doğru işlədiyimizi göstərir”.
Onun sözlərinə görə, “Şamaxı”dan ayrılmağı komandanın I Diviziona düşməsi ilə bağlı deyil: “Rəhbərliklə dəfələrlə görüşlərimiz olmuşdu. Ortada böyük fikir ayrılığı var idi. Ona görə də qərara aldıq ki, ayrılaq. Bir daha deyirəm ki, bu, heç də komandanın aşağı dəstəyə düşməsi ilə bağlı deyildi. İstənilən halda “Şamaxı”ya azarkeşlik edəcəyəm, ürəyim oradakı futbolçularla döyünür”.







