Orxan Fikrətoğlu idman jurnalistlərini tənqid etdi: "Çoxu kiminsə cibindədir" - VİDEO
Milli Kulinariya Mərkəzinin baş direktoru, “Şamaxı” klubunun İdarə Heyətinin üzvü Orxan Fikrətoğlu İTV-də efirə gedən verlişində idman jurnalistlərini tənqid edib.
Msport.az xəbər verir ki, uzun illər ANS-də “Zorxana” layihəsinin aparıcısı olmuş Fikrətoğlu idman jurnalistlərini öz sahəsini bilməməkdə, bir çoxlarını rüşvət almaqda günahlandırıb. Halbuki elə İTV-nin özündə idman aləmində böyük nüfuza malik Tural Dadaşov, Kənan Hakimov kimi həmkarlarımız çalışır.
Ölkənin baş kulinarının İTV-də səsləndirdiyi fikirlər:
“Azərbaycanda idman jurnalistikası demək olar ki, yox imiş. İdman şərhçiliyi qışqıra-qışqıra hər hansı bir idman yarışını şərh etmək demək deyil. İdman jurnalistikası olanı tənqid və ya olandan maddi cəhətdən yararlanıb tərif yazmaq da demək deyil. İdman jurnalistikası ən əvvəl təmasda olduğun sahəni dərindən mənimsəmək, bilmək, onun bütün incəliklərini öyrənmək, həmin idman növünün düzgün inkişaf perespektini müəyyən etmək və bu intibah reallığını marifçilik zəminində mütəxəssislərə və tamaşaçılara çatdırmaqdır. Var belə idman jurnalisti? Yoxdur! Çoxu kiminsə cibindədir, çoxu kimisə tərifləyir və ya sifariş alaraq söyür”.