“Orxus” – “Sabah” oyununda sloveniyalı hakimıər
“Sabah”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarkada “Orhus”a qarşı keçirəcəyi ilk oyuna hakim təyinatları açıqlanıb.
Msport.az xəbər verir ki, matçı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Rade Obrenoviç olacaq. Ona Aleksandar Kasapoviç və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək.
VAR hakimi Matey Yuq, onun köməkçisi isə Alen Boroşak olacaq.
Qeyd edək ki, “Orhus” – “Sabah” matçı avqustun 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.







