featured-image-33963

Ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan Zamiq Əliyev iyulun 5-də “Kəpəz”lə 2 illik müqavilə imzalamışdı.

Bu gün isə 22 yaşlı müdafiəçi Premyer Liqanın debütantı “Araz-Naxçıvan”a keçib.

Bəs, hələ ötən ay Gəncə təmsilçisi ilə münasibətlərini rəsmiləşdirən gənc oyunçu birdən-birə necə Naxçıvan klubunda peyda oldu?

“Kəpəz”in mətbuat katibi Azad Mustafayevin Msport.az saytına verdiyi məlumata görə, Əliyev özü baş məşqçiyə yaxınlaşaraq, komandadan ayrılmaq istədiyini bildirib:

“Daha çox oynayacağı kluba keçmək istədiyini dedi. Mələsə rəhbərlik səviyyəsində də müzakirə olunduqdan sonra Zamiqin gedişinə icazə verildi. Futbolçunun seçimi digər klubdan yanadırsa, nə etmək olar? Bu səbəbdən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi”.

Qeyd edək ki, Zamiq Əliyev ötən mövsümü də icarə əsasında “Kəpəz”də keçirib.

Bənzər xəbərlər