featured-image-25386

“Hər oyun, hər xal vacibdir. Bu gün uduzmaq olmazdı. İlk hissədə oyunumuz alınmadı. Futbolçularda gərginlik var idi. Rəqib qol vurduqdan sonra bir neçə epizoda girdi. İlk yarının son dəqiqələrində vurduğumuz qol bizi özümüzə gətirdi. İkinci hissədə istədiyimiz kimi oynadıq, qol epizodlarımız da oldu. Sadəcə, son zərbələr çatmadı. Oyun planında artırmalıyıq. Fasilədən yaxşı istifadə etməyə çalışacağıq. Həm kubok, həm də çempionat qrafikimiz ağırdır. Maksuimum rotasiyalarla vəziyyətdən çıxmağa çalışacağıq”.

“Belə oyunlarda heç-heçəni əvvəlcədən fikirləşmək yanlışlıq olar. Birinci hissənin ilk 20 dəqiqəsində oyun əsasən meydanın mərkəzində gedirdi. Əsasən ötürmələrlə səhvlərə yol verdik. Müdafiədən çıxa bilmirdik. İkinci yarıda isə aktiv oynamağa başladıq. Bunlar əvəzetmələrdən sonra oldu. Dördüncü dövrə daha sərt keçəcək. Komandalar çox risk etməyəcəklər. Çünki xallar bir-birinə yaxındır. Yuxarı sıralara qalxmaq şansımız var. Amma sabitlik çatmır. Vaxt lazımdır”.

“Xəyal Nəcəfov xəstə idi. Bir anlıq onu döyüşə atmaq istədim, oyun getmirdi. Amma risk etmədim. Düşündüm ki, istirahət etsin. Qızdırmadan sonra futbolçu gümrah olmur. Onun yoxluğu bizim üçün böyük itkidir”.

“Son dövrəyə autsayderlə 10 xallıq fərqlə getmək böyük üstünlükdür. Qarşıda 2 həftəlik fasilə var. Tovuzda təlim-məşq toplanışımız və əvəzedici komandamızla yoxlama oyunumuz olacaq. Bundan sonra isə çempionatda növbəti görüşə hazırlaşacağıq”.

“Motivasiya baxımından komandada problem yoxdur. Əsas odur ki, qalib gələ bilməyəndə məğlub olmayasan. Futbolçular istəklidirlər”.

CAHİD

Bənzər xəbərlər