featured-image-24306

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 25-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları deyib:

“Növbəti maraqlı oyunlardan biri keçdi. Qələbəyə köklənmişdik. Ümumi mənzərə buna yaxın idi. Rəqib qapımıza iki zərbə vurdu və qolla tamamladılar. Çoxlu hücumlarımız oldu. Lakin fərqlənə bilmədik. Şükürlər olsun ki, bir xal qazandıq. Futbolçularıma təşəkkür edirəm.

Hazırda çempionat elə durumdadır ki, asan oyun yoxdur. Xüsusilə də, aşağı pillələrdə baş verən hadisələr gərginliyi artırır. Biz işimizi görməliyik. Oyunçularımdan narazı ola bilmərəm. Təəssüflər olsun ki, buraxdığımız qolları anlamaqda çətinlik çəkirəm. Bir xal da qənimət idi.

Mən futbolu sevə-sevə oynamışam. Bir qərar qəbul edirsən. Daha sonra futbolçunun düşdüyü duruma baxırsan və ona uyğun qərar çıxarırsan. Mövsümün sonuna qədər Nemanya Andelkoviçlə birlikdə olacağıq”.

Bənzər xəbərlər