featured-image-57331

Azərbaycanın idman gimnastikası üzrə kişilərdən ibarət yığması Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Msport.az xəbər verir ki, millimizin üzvləri “Velvet Road” adlı yarışda komanda hesabında bürünc medal qazanaraq, 3-cü yerin sahibi olublar.

Yığmanın heyətində Nikita Simonov, Mənsum Səfərov, Rəsul Əhmədzadə və İvan Tixonov yer alıblar.

Qeyd edək ki, turnirə noyabrın 16-da yekun vurulacaq.

Bənzər xəbərlər