ÖZƏL - Novruz Əzimov "Dinamo- Avto"nun baş məşqçisi təyin olundu
Novruz Əzimov Moldovanın “Dinamo – Avto” klubuna baş məşqçi təqin olunub.
Msport.az xəbər verir ki, 62 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Tiraspol klubu yeni mövsümdə 6 oyunun 2-də heç-heçə edib, 4-də məğlub olub. Amma komandanın xalı -4-dür. Bu isə onunla bağlıdır ki, Moldova Futbol Federasiyası ötən mövsüm futbolçuların oyunları manipulyasiya etməsi ilə bağlı klubu cəzalandırmışdı və hesabından 6 xal silmişdi. Ötən mövsümdən klubun bütün idarə heyəti, futbolçuları dəyişdirilib. Yeni şəxslər gəlib və apellyasiya verilib.
Qeyd edək ki, “Dinamo – Avto”nun idman direktoru Rəsul Allahverdiyevdir (Şükürsoy).







