featured-image-6837

“Yaxşı oynadıq, amma özümdən daha çox şey gözləyirəm”.

Msport.az xəbər verir ki, bunu “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emreli “Nafta” üzərində 3:0 hesabı ilə qələbə qazandıqları  yoxlama oyunundan sonra deyib.

Millimizin hücumçusu qeyd edib ki, səhər məşqindən sonra matça çıxmaq asan deyildi: “Hazırlıq dövründə bunlar normal şeylərdir. İnanıram ki, ilk rəsmi matçadək formada olacağıq”.

Ötən il koronavirusa yoluxduğunu söyləyən Mahir həmin vaxt tam hazırlaşa bilmədiyini vurğulayıb: “Mənə ağır idi. Amma indi özümü yaxşı hiss edirəm. Çünki ilk gündən komandanın məşqlərində iştirak edirəm. Bu atmosferi hiss etmək önəmlidir”.

Matçda komandasının sonuncu qolunu vuran forvard çıxışından razı qalmadığını əlavə edib.

 

Bənzər xəbərlər