Paris-2024: Parataekvondoçumuzun rəqibi dəqiqləşdi
Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərlinin (K-44 -80 kq) Paris-2024 Yay Paralimpiya Oyunlarında ilk rəqibi dəqiqləşib.
Msport.az xəbər verir ki, idmançı 1/8 final mərhələsində Allan Kenu Qanapin (Filippin) ilə döyüşəcək. Görüş Bakı vaxtı ilə saat 12:53-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan parataekvondoçuları bu yarışda üç idmançı ilə təmsil olunur. Ötən gün K44 kateqoriyasında İmaməddin Xəlilov (-70 kq) paralimpiya çempionu adını qazanaraq, Fransa paytaxtında Azərbaycanın Dövlət Himnini səsləndirib. Yay Paralimpiya Oyunlarının ilk günündə isə Sabir Zeynalov (-58 kq) eyni kateqoriyada bürünc mükafata sahib çıxıb.