featured-image-1555

“Qarabağ”ın legioneri Patrik Andrade mövsümün sonunda komandadan ayrılmağa hazırlaşır.

Msport.az xəbər verir ki, Kabo Verde millisinin üzvünün anlaşması mayın sonunda başa çatır. Ağdam klubu dayaq yarımmüdafiəçisinə yeni müqavilə təklif etsə də, o, daha yaxşı təkliflər aldığından Azərbaycanda qalmaq niyyətində deyil.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov “Səbail”lə oyundan (5:1) sonra Andrade və Luka Quqeşaşvilidən razı olduqlarını və hər iki futbolçu ilə danışıqlar aparacaqlarını demişdi. Ancaq Patrikə Türkiyə, Çin, Ərəb ölkələrindən dəvətlər olduğundan müqaviləni uzatmaq istəmir.

Andrade bu mövsüm Azərbaycan Premyer Liqasında 10 matçda meydana çıxıb və 1 qol vurub.

 

Bənzər xəbərlər