featured-image-61894

Futbol üzrə Azərbaycan II Liqasında XIV turun oyunları təxirə salınıb.

Msport.az xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol Liqası (PFL) qəbul edib.

Səbəb kimi Bakıda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti göstərilib.

II Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunları 27-28 fevral və 1 marta ertələnib.

Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.

Bənzər xəbərlər