featured-image-17093

Noyabrın 22 və 23-də Azərbaycan kubokunun 1\8 final mərhələsinin oyunları keçiriləcək. “Zirə” səfərdə I divizion təmsilçisi “Mingəçevir”lə qarşılaşacaq.

Msport.az xəbər verir ki, qəsəbə klubunun nümayəndələri Mingəçevirə səfər edərək stadiondakı şəraitlə yerində tanış olublar. Lakin  gördükləri onları razı salmayıb. Yaşar Məmmədzadə adına şəhər stadionunun ot örtüyü yaxşı vəziyyətdə deyil.

Futbolçuların zədələnəcəyindən ehtiyat edən “Zirə” rəhbərliyi matçın yerinin dəyişdirilməsi ilə bağlı PFL-ə müraciət edib. Onlar ya öz meydanlarında və ya Qəbələdə oynamağı təklif ediblər. Lakin PFL bununla bağlı Rəşad Sadıqovun komandasının xahişini qəbul etməyib.

Xatırladaq ki, “Mingəçevir” – “Zirə” görüşü noyabrın 23-də saat 14:00-da start götürəcək.

Bənzər xəbərlər