featured-image-4427

“Hazırda Polşa millisini çalışdıran “Legiya”nın sabiq baş məşqçisi Çeslav Mixneviçlə münasibətlərim yaxşıdır. Baxmayaraq ki, Polşa mətbuatı fərqli şeylər yazırdı, amma indi də əlaqələrimiz var, hərdən danışırıq. O vaxt mətbuatda qeyd olunanların çoxusu doğru deyildi”.

Msport.az xəbər verir ki, bunu milli komandamızın və Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli deyib. O, Mixneviçin “Olimpik Marsel” – “Qarabağ” qarşılaşmasından ona şəkil göndərdiyini də bildirib:

“Mixneviç “Velodrom”da “Olimpik” – “Qarabağ” matçını izləyirdi. Fransa klubunun hücumçusu Arkadiuş Milik Polşa yığmasının üzvüdür və o, futbolçunun oyununa baxmağa getmişdi. Həmin vaxt stadiondan mənə şəkil atdı ki, “Qarabağ”ın oyunundayam. Keçmiş komandam haqqında da müsbət fikirlər səsləndirdi. Dedi, “Qarabağ” çox yaxşı təsir bağışlayır. Əla komandadır, rəqibdən çəkinmirlər”.  (CBC Sport)

Bənzər xəbərlər