featured-image-24038

DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də Yunanıstanla qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin bu gün mətbuat üçün açıq məşqçi keçirilib.

Msport.az xəbər verir ki, məşqdən əvvəl yığmamızın qapıçısı Rövşən Hüseynli jurnalistlərin suallarını cavablandırıb:

“Meydana qələbə üçün çıxacağıq. Polşa ilə səfər oyunöncəsi 3 xal bizim üçün vacibdir. Yunanıstan millisinin növbəti mərhələyə çıxmaq üçün heç bir şansının olmaması bizi arxayınlaşdırmayacaq. Çünki asan oyun və rəqib yoxdur. Bu oyun həm də reytinq xalına təsir edəcək. Ona görə qələbədən başqa heç nə haqda düşünmürük.

Klubumda qollar vururam. O da baş məşqçinin taktiki tapşırıqlarından irəli gəlir. Əgər millidə də baş məşqçimiz bu taktiki gedişdən istifadə etmək istəsə və meydanda olan vaxt belə göstəriş verərsə, əlimdən gələni etməyə hazıram”.

Bənzər xəbərlər