Polşalılar De Byazini baş məşqçi kimi görür
Polşa mətbuatı yığmanın sükanı arxasına əsas namizədlərdən göstərilən Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı sorğu keçirib.
Msport.az xəbər verir ki, “sport.radiozet.pl” saytı oxucularına “İtaliyalı mütəxəssis yığma üçün uyğundurmu” sualını ünvanlayıb.
Respondentlərin 49 faizi buna “Bəli” cavabını verib. 32 faiz 66 yaşlı baş məşqçini Polşa seçməsinə layiq görməyib. 19 faiz isə neytral qalıb.
Qeyd edək ki, Canni De Byazinin Azərbaycan millisi ilə AVRO-2024-ün seçmə mərhələsinin sonunadək müqaviləsi var.