Portuqaliya millisinin yeni baş məşqçisi bilindi
Portuqaliya millisinin baş məşqçisi postuna Jorje Jezuş gətiriləcək.
Msport.az xəbər verir ki, 71 yaşlı mütəxəssis Portuqaliya Futbol Federasiyası ilə anlaşıb.
O, AVRO-2028 və Portuqaliyanın İspaniya, həmçinin Mərakeşlə birgə ev sahibliyi edəcəyi DÇ-2030-u əhatə edən dövr üçün komandaya rəhbərlik edəcək.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan ayrıldıqdan sonra azad agent olan təcrübəli mütəxəssis Portuqaliya nümayəndə heyəti ABŞ-dən qayıtdıqdan sonra müqavilə imzalamaq üçün federasiya prezidenti ilə görüşəcək.
Qeyd edək ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.







