Portuqaliya və İsveçrə növbəti mərhələdə
DÇ-2026-da 1/16 final mərhələsi davam edir.
Msport.az xəbər verir ki, Portuqaliya millisi Xorvatiya ilə qarşılaşıb. Kriştiano Ronaldonun komandası 2:1 hesabı ilə qələbə qazanıb. Ulduz futbolçu komandasının ilk qolunu vurub.
Digər oyunda İsveçrə Əlcəzairi 2:0 hesabı ilə məğlub edib. Avropalılar 1/8 finalda Kolumbiya-Qana cütünün qalibi ilə üz-üzə gələcək.
Günün son matçında isə Avstraliya və Misir yığmaları qarşılaşacaq. Bu cütün qalibi 1/8 finalda Argentina – Kabo Verde cütünün qalibinə rəqib olacaq.
3 iyul
DÇ-2026
1/16 final
03:00 Portuqaliya – Xorvatiya – 2:1
Qollar: İvan Perişiç, 53 (0:1), Kriştiano Ronaldo, 68-pen; (1:1), Qonçalo Ramos, 90+4 (2:1)
07:00 İsveçrə – Əlcəzair – 2:0
Qollar: Breel Embolo, 10, Den Ndoye, 46
22:00 Avstraliya – Misir







