Premyer Liqa klubunun qışda ilk transferi - RƏSMİ
“Vest Hem” qış transfer “pəncərə”sində ilk futbolçunun keçidini açıqlayıb. Msport.az xəbər verir ki, İngiltərə klubu 22 yaşlı Pablo Felipe ilə müaavilə bağlayıb.
Braziliyalı hücumçu mövsümün ilk hissəsini Portuqaliya “Jil Visente”sində keçirib.
Bu transferi “Vest Hem”in portuqaliyalı baş məşqçisi Nunu Eşpiritu Santu istəyib. Onunla 4,5 illik müqavilə imzalanıb.
London klubu bu transferə görə 23 milyon avro xərcləyib.
Pablo Felipe bu mövsüm Portuqaliya çempionatında 12 oyunda 9 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Jil Visente” hücumçunu 2025-ci ilin iyulunda “Famalikan” klubundan cəmi 250 min avroya almışdı.
O, yeni komandasında 19 nömrəli formada çıxış edəcək.







