Premyer Liqa tarixinin ən gənc start heyəti
“Çelsi” İngiltərə Premyer Liqası tarixində ən gənc start heyəti ilə mövsüm keçirib.
Msport.az xəbər verir ki, London klubu 38-ci turda səfərdə “Nottingem Forest” üzərində 1:0 hesablı qələbə qazanaraq mövsümü 4-cü pillədə başa vurub.
Bununla “zadəganlar” Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb. Entso Mareskanın rəhbərliyi altında “Çelsi”nin bu mövsümdəki start heyətinin orta yaşı 24 il 36 gün olub. Bu da İngiltərə Premyer Liqası tarixində yeni rekorddur.