PSJ-də yeni müqavilə hazırlığı
PSJ-nin yarımmüdafiəçisi Joao Neveş paytaxt klubu ilə yeni müqavilə imzalamağa yaxındır.
Msport.az xəbər verir ki, Paris təmsilçisi 21 yaşlı portuqaliyalı futbolçu ilə razılıq əldə edib.
Yeni müqavilə şərtlərinə əsasən, oyunçunun maliyyə şərtləri yaxşılaşdırılacaq və sözləşmə 2030-cu ilin iyununa qədər qüvvədə olacaq. Neveş 2024-cü ilin yayında Portuqaliya “Benfika”sından PSJ-yə transfer olunub.
Qeyd edək ki, Joao Neveş cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 22 matça çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







