PSJ Dembeleni itirdi
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Monako” və PSJ qarşılaşıblar.
Msport.az xəbər verir ki, komandalar Monakodakı “Stade Louis II” stadionunda oynayıblar.
26-cı dəqiqədə PSJ-nin hücumçusu Usman Dembele zədə səbəbindən əvəzlənib. Onu hücumçu Dezire Due əvəzləyib. Görüş PSJ-nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Dembelenin durumuna müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu 25 fevral çərşənbə günü Parisdəki “Park de Prens” stadionunda keçiriləcək.







