featured-image-75267

PSJ sabiq hücumçusu, hazırda “Real”da çıxış edən Kilian Mbappeyə olan borcunun bir hissəsini ödəyib.

Msport.az xəbər verir ki, buna baxmayaraq, tərəflər arasında mübahisə hələ də tam həll olunmayıb.

Paris təmsilçisi ulduz futbolçuya qalan 6 milyon avro borcun 4 milyonunu ödəyib. 2025-ci ilin dekabrında Paris əmək məhkəməsi PSJ-nin futbolçuya ümumilikdə 60,9 milyon avro (maaş, bonuslar və məzuniyyət pulları daxil olmaqla) ödəməsi barədə qərar çıxarıb.

Mbappeyə 55 milyon avroluq əsas hissə və məhkəmənin müdaxiləsindən sonra daha 4 milyon avro ödənilib. Beləliklə, klubun futbolçuya hələ də 2 milyon avro borcu qalıb.

Qeyd edək ki, 27 yaşlı fransalı hücumçu cari mövsümdə La Liqa təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 32 oyunda 38 qola və 6 məhsuldar ötürməyə imza atıb.

Bənzər xəbərlər