featured-image-80236

PSJ “Parma”nın və Yaponiya millisinin qapıçısı Dzion Sudzuki ilə danışıqlara başlayıb.

Msport.az xəbər verir ki, Fransa çempionunun nümayəndələri artıq 23 yaşlı futbolçu ilə mümkün transfer barədə əlaqə saxlayıblar.

Sudzuki 2024-cü ilin iyulunda “Parma”ya qoşulub. O, 2025/2026 mövsümündə keçirdiyi 22 matçın 6-da qapısını toxunulmaz saxlayıb.

Yaponiyalının İtaliya klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.

Bənzər xəbərlər