featured-image-80126

“Yuventus” PSJ-nin hücumçusu Randal Kolo Muani ilə maraqlanır.

Msport.az xəbər verir ki, Turin klubu fransız futbolçu üçün 30 milyon avro təklif edib, lakin onun təklifi rədd edilib.

Kolo Muani 2024/25 mövsümünün ikinci yarısında icarə əsasında oynadığı Turin klubuna qayıtmaqda maraqlıdır. PSJ və “Yuventus” arasında danışıqların davam etdiyi bildirilir, lakin parislilər hücumçunu istənilən başqa kluba satmağa hazırdırlar.

Randal Kolo Muani 2023-cü ildə “Ayntraxt Frankfurt”dan PSJ-yə keçib. Mediada yayılan məlumatlara görə, Fransa klubu onun üçün 95 milyon avro ödəyib. 27 yaşlı futbolçu ötən mövsümü İngiltərənin “Tottenhem” klubunda icarə əsasında keçirib.

Bənzər xəbərlər