Puxaçın milliyə dönüşü uğursuz oldu
“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç 2 illik fasilədən sonra Polşa yığmasının heyətində meydana çıxıb.
Msport.az xəbər verir ki, 27 yaşlı futbolçu UEFA Millətlər Liqasının B Liqasının ikinci turu çərçivəsində İsveçə qarşı keçirilən səfər oyununda ilk 11-likdə yer alıb.
Birinci hissədə sarı vərəqə ilə cəzalanan Puxaç 65-ci dəqiqədə əvəzlənib. Frankovski onun əvəzinə meydana çıxıb. Matç Polşa yığmasının məğlubiyyəti ilə başa çatıb – 1:3.
Qeyd edək ki, 2 turdan sonra 1 xalı olan Polşa millisi qrupda üçüncü pillədə qərarlaşıb.







