featured-image-34816
“Qəbələ” Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümünün ilk turunun “Sabah”la səfər oyununun hazırlıq prosesini başa vurub.
Msport.az xəbər verir ki, sabah Bakıda keçiriləcək qarşılaşmada üç futbolçu iştirak etməyəcək. Bərpa prosesi keçən Asif Məmmədov, Zurab Oçiqava və Feras Abu Akal “qırmızı-qaralar”ın hazırlıq prosesinə qatılmır. Bu oyunçular zədədən sonra bərpa prosesini davam etdirirlər.
Xatırladaq ki, avqustun 6-da “Bank Respublika Arena”da baş tutacaq “Sabah” – “Qəbələ” qarşılaşması saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər